Lənkəranda narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb.
Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, Baş Narkotiklərlə Mübarizə Baş İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhərində şəhər sakini Şamil Əliyevdən və Kərgəlan kənd sakini Siyavuş Abbasovdan 149,19 qram marixuana götürülüb. S.Abbasovun evinə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 276,43 qram marixuana aşkar edilərək götürülüb