Lənkəranda mikroavtobus 55 yaşlı qadını vurub
18 may 2016 19:42 (UTC +04:00)

Lənkəranda mikroavtobus 55 yaşlı qadını vurub

Lənkəranda ehtiyatsızlıqdan piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 18.00 radələrində şəhərin Böyük Bazar ərazisində qeydə alınıb.

 

Sərnişin mikroavtobusun sürücüsü nəqliyyat vasitəsini arxa istiqamətə verərkən rayonun Şilavar kənd sakini, 1961-ci il təvəllüdlü Şahnaz Hüseyn qızı Hüseynovanı vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Ş. Hüseynova Lənkəran Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 94
avatar

Oxşar yazılar