Lənkəranda kafe yanıb
24 mart 2016 20:32 (UTC +04:00)

Lənkəranda kafe yanıb

0

Lənkəranda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosunun məlumatına görə, hadisə martın 24-də saat 18.45 radələrində rayonun Göyşaban kəndi ərazisində 1968-ci il təvəllüdlü İlqar Ağayar oğlu Ağayevə məxsus hazırda fəaliyyət göstərməyən “Xəzər” kafesində qeydə alınıb. Yanğının söndürülməsi üçün hadisə yerinə iki yanğınsöndürən maşın və 8 nəfərlik canlı qüvvə cəlb olunub. Onların səyləri ilə yanğın lokallaşdırılıb. Hadisə nəticəsində ümumi sahəsi 60 kv.m. olan kafenin 2 kv.m-lik ərazisi yanaraq yararsız vəziyyətə düşüb.

 

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 443

Oxşar yazılar