Lənkəranda iki mərmi tapıldı
09 iyun 2017 01:59 (UTC +04:00)

Lənkəranda iki mərmi tapıldı

0

İyunun 8-də FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən  Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Lənkəran rayonun Qurumba kəndi ərazisində partlamamış hərbi sursatın (PHS) aşkar olunması barədə məlumat daxil olub.

 

ANAMA-dan Lent.az-a verilən məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilmişdir.

 

Agentliyin mütəxəssisləri tərəfindən həmin əraziyə baxış keçirilmiş, 2 ədəd 73 mm-lik geri təpməsiz top mərmisi (OQ-9) aşkar edilərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

 

Aşkar olunmuş sursatın ətrafında 1 000 kv.metr əraziyə yerüstü baxış keçirilmiş, təhlükəli əşya və qurğu aşkar edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 287

Oxşar yazılar