Lənkəranda yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə martın 23-də saat 23.00 radələrində rayonun Göyşaban kənd sakini, 1978-ci il təvəllüdlü Elşən Asif oğlu Cavadlıya məxsus fərdi evdə qeydə alınıb.
Hadisə yerinə əvvəlcə iki, daha sonra isə əlavə olaraq bir yanğınsöndürən maşın və canlı qüvvə göndərilib. Onların həyata keçirdikləri tədbirlər sayəsində yanğın lokallaşdırılıb. Hadisə zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 180 kv.m olan birmərtəbəli, 3 otaqlı evin 1 otağı içindəki əşyalarla birlikdə 40 kv.m sahədə, həmçinin dam örtüyü 30 kv.m sahədə yanaraq yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.