Lənkəranda bir qrup sakin aksiya keçirib - YENİLƏNİB
12 yanvar 2016 15:19 (UTC +04:00)

Lənkəranda bir qrup sakin aksiya keçirib - YENİLƏNİB

0

 

Bu gün Lənkəran rayonunun Liman şəhərində bir qrup rayon sakini aksiya keçirib.

 

APA-nın məlumatına görə, aksiya iştirakçıları Ələt-Astara magistralını bağlamağa cəhd göstəriblər.

 

Hadisə yerinə polis qüvvələri cəlb edilib, eyni zamanda rayon icra hakimiyyətinin rəsmiləri gəlib.

 

 

Lənkəran şəhər İcra Hakimiyyətindən APA-ya bildirilib ki, aksiya insidentsiz ötüşüb: “Bu gün 100-ə yaxın sakin Ələt-Astara yolunu bağlamağa cəhd edib. Lənkəran şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələrinin onlarla profilaktik söhbətindən sonra aksiya iştirakçıları dağılışıblar. Hazırda Liman şəhərində və rayon ərazisində vəziyyət sabitdir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 384

Oxşar yazılar