Lənkəranda 30 yaşlı kişi bıçaqlandı
09 mart 2016 20:57 (UTC +04:00)

Lənkəranda 30 yaşlı kişi bıçaqlandı

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

 

APA-nın cənub bürosunun məlumatına görə, hadisə  martın 9-da rayonun Şirinsu kəndində qeydə alınıb.

 

Kənd sakinləri olan Fərid və Əyyub adlı qardaşlar ilə onların 30 yaşlı qonşuları Hikmət Rahib oğlu Əliyev arasında şəxsi münaqişə zəminində mübahisə yaranıb.

 

Qardaşlardan biri bıçaqla H.Əliyevə bədən xəsarəti yetirib.

 

Çoxlu qan itirən yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Burada ona müvafiq tibbi yardım göstərilib. Hazırda vəziyyəti stabil qiymətləndirilir.

 

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırmalara başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 224
avatar

Oxşar yazılar