Lənkəranda 15 yaşlı oğlan bıçaqlandı
09 may 2016 23:28 (UTC +04:00)

Lənkəranda 15 yaşlı oğlan bıçaqlandı

0

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

 

APA-nın cənub bürosunun məlumatına görə, insident axşam saatlarında  Xəzər dənizi sahilində qeydə alınıb.

 

Lənkəran şəhər sakini, 15 yaşlı Yunus Elşad Əzimzadə naməlum şəxs tərəfindən bıçaqlanıb.

 

Boyun nahiyəsinin kəsilmiş-deşilmış yarası alan zərərçəkən Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Zərərçəkmişə xəsarət yetirmiş şəxsin saxlanılması istiqamətində zəruri tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 469

Oxşar yazılar