Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Borjomi-Xaraqulsk qoruğunda yanğınların söndürülməsində iştirak edən helikopterlərin ekipajı ilə görüşüb.
APA-nın yerli bürosunun məlumatına əsasən, baş nazir FHN-nin heyətinə təbii fəlakətlə mübarizədə Gürcüstana göstərdiyi köməyə görə təşəkkür edib. G.Kvirikaşvilinin sözlərinə görə, Azərbaycan təbii fəlakət zonasına helikopter göndərən ilk dövlət olub və bu, yüksək qiymətləndirilir. O, Azərbaycan prezidenti, hökuməti və xalqına Gürcüstana göstərilən köməyə görə minnətdarlığını bildirib.
Qeyd edək ki, Gürcüstan hökumətinin müraciətinə əsasən, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə təbii fəlakət zonasına FHN-nin 22 texnikası, o cümlədən 1 helikopteri və 131 nəfər canlı qüvvəsi, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri və 6 nəfər ekipaj heyəti cəlb edilib.