Kürə düşmüş şəxs xilas edildi
08 may 2016 16:58 (UTC +04:00)

Kürə düşmüş şəxs xilas edildi

0

 Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhəri, Kür çayında (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 7 km aralıda, nəzarətsiz ərazidə) 1 nəfərin qayıqdan suya yıxılaraq düşməsi barədə məlumat daxil olub.

 

Lent.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı xilas edərək, aidiyyəti üzrə təhvil veriblər.

 

Əməliyyat saat 12:15-də başa çatıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 379

Oxşar yazılar