Bu gün Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə Neftçala rayonunda 1 nəfərin çayın yanındakı bənddən sürüşərək batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, vətəndaş dalğıc-xilasedicilər tərəfindən xilas edilib. Əməliyyat saat 09:13-də başa çatıb.