Kürdəmirdə maşın kanala düşdü: <span style="color:red;">2 uşaq öldü, valideynləri ağır vəziyyətdə  - YENİLƏNİB
19 may 2014 13:03 (UTC +04:00)

Kürdəmirdə maşın kanala düşdü: 2 uşaq öldü, valideynləri ağır vəziyyətdə - YENİLƏNİB

 

 

Kürdəmir rayonunda ağır avtomobil qəzası baş verib.


 

APA-nın məlumatına görə, hadisə bu gün səhər saat 8:00 radələrində Kürdəmir-İmişli yolunda qeydə alınıb.

 

Zərdab rayon sakini, 1986-cı il təvəllüdlü Zalov Akif İmran oğlunun idarə etdiyi “Opel” markalı minik maşını sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və maşın yoldan çıxaraq körpünün üstündən su kanalına düşüb.

 

Hadisə nəticəsində sürücü Akif Zalov və həyat yoldaşı, 1989-cu il təvəllüdlü Zalova Səbinə Yusif qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onların iki azyaşlı övladı - 2010-cu il təvəllüdlü Nərgiz Zalova və 2011-ci il təvəllüdlü Rüfət Zalov dünyası dəyişib.

 

Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1957
avatar

Oxşar yazılar