Kürdəmir sakinindən marixuana götürülüb
Kürdəmir sakininin evində marixuana tapılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Karrar qəsəbə sakini Ə.Əliyevin yaşadığı evdən 3,2 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.
660