Kürdə batan ailənin daha 1 üzvünün meyiti tapıldı
04 avqust 2014 12:54 (UTC +04:00)

Kürdə batan ailənin daha 1 üzvünün meyiti tapıldı

0
Kürün Qazax rayonu ərazisindən keçən hissəsində batan 4 nəfərdən 3-nün meyiti tapılaraq sudan çıxarılıb.

 

Qazax rayon İcra Hakimiyyəti Aparatından APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə avqustun 2-də rayonun 1-ci Şıxlı kəndi ərazisində baş verib. Rayonun Çaylı kənd sakini Civişov Tofiq Xaləddin oğlu ailəsi ilə Kür sayının kənarına gedib. Oğlu - 1998-ci il təvəllüdlü Rafiq Civişov ehtiyatsızlıqdan çayda batıb. Onu xilas etməyə çalışan anası - 1969-cu il təvəllüdlü Pərvanə Civişova, Tofiq Civişovun iki qızı, 1992-ci il təvəllüdlü Aytən Civişova və 1994-cü il təvəllüdlü Gülmirə Civişovada özlərini suya atıblar. Onların dördü də Kür çayında batıb.

Əraziyə gələn FHN-in “Aran” Dalğıc Axtarış qrupunun əməkdaşları dünən Pərvanə Civişovanın və onun oğlunun meyitini sudan çıxarıblar. Bu gün səhər isə 1994-cü il təvəllüdlü Gülmirə Civişovanında meyiti Kürün Yuxarı Salahlı kəndi ərazisindən keçən hissəsində tapılaraq aidiyyəti üzrə təhvil verilib. Hazırda ailənin hamilə qızı, 1992-ci il təvəllüdlü Aytən Civişovanın axtarışı davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1237

Oxşar yazılar