Martın 6-da saat 17 radələrində Şəmkir rayonunun Kür qəsəbəsi ərazisində Qılıncbəyli kənd sakini Ş.Məmmədov idarə etdiyi “QAZel” markalı avtomobili yolun kənarındakı dirəyə vurub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, nəticədə avtomobildəki sərnişinlərdən Kür qəsəbə sakini S.Həşimov hadisə yerində ölüb, digər sərnişin xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.