Sərhəddə külli miqdarda tezalışan vasitələr aşkarlandı
03 dekabr 2014 13:33 (UTC +04:00)

Sərhəddə külli miqdarda tezalışan vasitələr aşkarlandı

0

Dövlət Gömrük Komitəsinin əməkdaşları qaçaqmalçılıq yolu ilə pirotexniki və tezalışan malların ölkəyə keçirilməsinin qarşısını alıb. Lent.az-ın Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşı Sadıqov Habil Əli oğlunun idarə etdiyi “VAZ 21011” markalı minik avtomobilindən 20 ədəd, Gürcüstan vətəndaşı Məmmədov Rəşad Əhliman oğlunun idarə etdiyi “Ford Transit” markalı sərnişin mikroavtobusundan 62 min ədəd, Gürcüstan vətəndaşı Rzaquliyev Fazil Eldəniz oğlunun idarə etdiyi “Ford Tranzit” markalı sərnişin mikroavtobusundan 161 qutu müxtəlif növ yüksək səs-küylə müşayiət olunan pirotexniki və tezalışan vasitələr aşkarlanıb.

 

Azərbaycan vətəndaşı Eldarov Əli Musa oğlunun idarə etdiyi “VAZ 21063” markalı minik avtomobilindən 94 qutu, Azərbaycan vətəndaşı Qarayev Tural Kazım oğlunun idarə etdiyi “Opel Vivaro” markalı minik avtomobilindən 365 qutu, Azərbaycan vətəndaşı Hüseynov Səbuhi Vahid oğlunun idarə etdiyi “Mercedes-Benz” markalı yük avtomobilindən 2000 ədəd, Azərbaycan vətəndaşı İsmayılov Mübariz Dilqəm oğlunun idarə etdiyi “Mercedes Benz” markalı minik avtomobilindən 330 qutu, Azərbaycan vətəndaşı Abdullayev Elmir Niyaz oğlunun idarə etdiyi “Ford Transit 150L” markalı yük avtomobilindən 169 qutu, Azərbaycan vətəndaşı Hacıyev Cavid Rafət oğlunun idarə etdiyi “Nissan Teana” markalı minik avtomobilindən 125 ədəd müxtəlif növ yüksək səs-küylə müşayiət olunan pirotexniki və tezalışan vasitələr gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar olunaraq saxlanılıb.

 

Bütün faktlarla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 283

Oxşar yazılar