Küləkli hava fəsadlar törədib
18 fevral 2016 18:46 (UTC +04:00)

Küləkli hava fəsadlar törədib

0

Küləkli hava Şirvan şəhərində və ətraf rayonlarda fəsadlara səbəb olub.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, güclü külək Şirvanda dam örtüklərini qoparıb, ağacları kökündən çıxarıb, evlərin üstünə quraşdırılan çənləri yerə atıb. Bəzi yerdə çardaqlar uçub, kran aşıb, binanın üstündən düşən çən 2 avtomobili əzib. Külək elektrik naqillərini də qırıb. Bəzi yerlərdə elektrik enerjisi kəsilib. Güclü külək şəhər təsərrüfatına xeyli ziyan vurub. Hazırda küləkli havanı sulu qar müşayiət edir.

 

Yerli qurumlar küləyin yaratdığı fəsadları aradan qaldırır. Güclü külək ətraf rayonlarda da inzibati və yaşayış binalarına ziyan vurub. Hacıqabul rayonunun Qızılburun qəsəbəsində məcburi köçkünlərin yaşadığı mənzilin dam örtüyü tamamilə uçub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 526

Oxşar yazılar