Küləkli hava davam edəcək, arabir güclənəcək
03 aprel 2015 11:27 (UTC +04:00)

Küləkli hava davam edəcək, arabir güclənəcək

0
Azərbaycan ərazisində küləkli hava proqnozlaşdırılır.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, bu gündən etibarən artıq Bakı və Abşeron yarımadasında, o cümlədən bölgələrdə küləkli hava şəraiti müşahidə olunacaq. Cənub-qərb küləyi şimal-qərb küləyi ilə əvəz olunub. Gündüz külək arabir güclənəcək, axşama doğru nisbətən mülayimləşəcək.

 

Sabahdan isə şimal-qərb küləyinin cənub küləyinə keçməsi gözlənilir. Küləkli havaşəraiti yaxın 2-3 gün ərzində müşahidə olunacaq.

 

Bölgələrdə də küləkli hava şəraiti müşahidə ediləcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Ölkə ərazisində şimal-qərb küləyi cənub, sonra yenidən şimal-qərb küləyi ilə əvəz olunacaq. Temperatur rejimində isə ciddi dəyişiklik gözlənilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 217

Oxşar yazılar