Küçədən meyit tapılıb
12 avqust 2015 17:40 (UTC +04:00)

Küçədən meyit tapılıb

Bakıda küçədən meyit tapılıb.

 

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Aşıq Ələsgər küçəsi 14 ünvanında qeydə alınıb. Həmin ünvanda küçədə naməlum kişi meyitinin aşkarlanması barədə polisə məlumat daxil olub.

 

Araşdırmalar zamanı meyiti tapılan şəxsin 1976-cı il təvəllüdlü Elşən Gülmirzə oğlu Rzayev olması müəyyən edilib. Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

 

E. Rzayevin ölüm səbəblərini müəyyən etmək üçün tibbi ekspertiza təyin edilib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 163
avatar

Oxşar yazılar