Tərtər rayonunda dəhşətli hadisə baş verib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 27-də Tərtər rayonunun Köçərli kəndində Mansur Kərimli idarə etdiyi “Zoomlion” markalı qaldırıcı kran vasitəsilə beton plitələri Mahir Orucovun idarə etdiyi “Shacman” markalı avtomobilə yükləyərkən beton plitə M.Orucovun üstünə düşüb. O xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla əlaqədar CM-nin müvafiq maddəsi ilə cinayət işi başlanıb.