Yıxılmış və huşsuz vəziyyətdə qalan qadınlar xilas edildi
07 avqust 2014 17:33 (UTC +04:00)

Yıxılmış və huşsuz vəziyyətdə qalan qadınlar xilas edildi

Bakının Suraxanı rayonunda mənzildə 63 yaşlı qadın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən qadının giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermədiyi məlum olub.

 

Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsinin eyvanından təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə enərək 5-ci mərtəbədə yerləşən mənzilə eyvandan daxil olublar. Mənzilə baxış keçirilərkən vətəndaş yıxılmış vəziyyətdə aşkarlanıb.

 

FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş digər məlumata əsasən, Xaçmaz rayonunda evdə 80 yaşlı qadın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə birmərtəbəli kürsülü evin giriş qapısını açaraq evə daxil olublar. Evə baxış keçirilərkən vətəndaş halsız vəziyyətdə aşkarlanıb.

 

Hər 2 vətəndaş aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1261
avatar

Oxşar yazılar