Daxili İşlər Nazirliyi Bakı kondisioner zavoduna məxsus pansionatda baş vermiş yanğınla bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, martın 23-də saat 23 radələrində Binəqədi rayonunun Novxanı bağlar yaşayış sahəsində Qubadlı rayon sakinlərinin (55-60 nəfərdən ibarət 13 ailə) yaşadığı Bakı kondisioner zavoduna məxsus 1 mərtəbəli pansionatın dam örtüyündə yanğın baş verib. Nəticədə 750 kv m. sahədə yanar konstruksiyalar yanıb, xəsarət alan olmayıb.
Yanğının elektrik naqillərinin qısaqapanmasından baş verməsi ehtimal olunur.