Kiyevdə qız zorlamaqda ittiham olunan azərbaycanlı intihar etdi
01 aprel 2015 14:56 (UTC +04:00)

Kiyevdə qız zorlamaqda ittiham olunan azərbaycanlı intihar etdi

 

 

Kiyevdə gənc qızı zorlamaqda ittiham olunan azərbaycanlı intihar edib.

 

APA-nın “Rbc.ua” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin Kiyev şəhəri üzrə Baş İdarənin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

 

32 yaşlı həmyerlimiz idarəyə aparılarkən polis avtomobilində özünə qəsd edib. Təcili tibbi yardım xidmətinin çağırılmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma aparılır. 

 

Xatırladaq ki, martın 30-da 32 yaşlı azərbaycanlının  Kiyevdə gənc qızı zorladığı və onu qarət etdiyi iddia edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 110

Oxşar yazılar