[b]KİA at arabasını vurdu, 2 nəfər xəstəxanalıq oldu[/b] - YENİLƏNİB
06 iyun 2017 22:15 (UTC +04:00)

[b]KİA at arabasını vurdu, 2 nəfər xəstəxanalıq oldu[/b] - YENİLƏNİB

0

 

Sabirabadda avtomobil at arabasını vurub, iki nəfər xəsarət alıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə 21.30 radələrində Sabirabad rayonunun Qaratoğay kəndində qeydə alınıb. KİA markalı avtomobil at arabası ilə toqquşub.  Nəticədə at arabası yolun kənarında duran iki nəfər kənd sakini - 1995-ci il təvəllüdlü Əkbərova Aynur Sərvər qızı və  1978-ci il təvəllüdlü Vahidov Ramin Bəybala oğlunu vurub. A.Əkbərova və R.Vahidov xəsarət alaraq Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

 

Qəzanın təfərrüatları dəqiqləşdirilir.

 

Faktla bağlı Sabirabad Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 290

Oxşar yazılar