Keniyada universitetə hücum: 147 ölü - <span style="color:red;">YENİLƏNİB
03 aprel 2015 00:10 (UTC +04:00)

Keniyada universitetə hücum: 147 ölü - YENİLƏNİB

Keniyanın Qarissa şəhərində silahlıların universitetə hücumu nəticəsində ölənlərin sayı 147-yə çatıb.

 

APA-nın məlumatına görə, bu barədə Reuters agentliyi Keniyanın rəsmi qurumlarına istinadən xəbər verib.

 

Hadisə yerində xüsusi əməliyyat nəticəsində  4 silahlı məhv edilib. Hücumun  “Əş-Şəbab” qruplaşması tərəfindən həyata keçirildiyi bildirilir.

 

***

 

Keniyada silahlıların universitetə hücumu nəticəsində 70 nəfər ölüb, azı 80 nəfər xəsarət alıb.

 

APA-nın “Gazeta.ru”-ya istinadən məlumatına görə, yüzlərlə tələbənin taleyi qeyri-müəyyən olaraq qalır.

 

Tələbələrin universitet yataqxanasında girov götürüldüyü bildirilir. İlkin məlumata əsasən, hücum “Əş-Şəbab”qruplaşması tərəfindən həyata keçirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 189
avatar

Oxşar yazılar