Lənkəran rayonunda yanğın törətmiş şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, 2015-ci il yanvarın 21-də Lənkəran rayonunun Kərgalan kəndi ərazisində kənd sakini Kamil Rzayevə məxsus mağazada yanğın baş verib. Lənkəran ŞRPŞ əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı yanğının həmkəndlisi Zöhrab İbadov tərəfindən törədilməsi müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Z.İbadov tutulub. Faktla bağlı cinayət işi başlanılıb.
Araşdırma aparılır.