Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Zaqatala rayonunun Yeni Suvagil kəndində zəlzələ nəticəsində yararsız vəziyyətə düşən kənd orta məktəbinin yenidən inşa olunmuş binasının açılışında iştirak edib.
APA-nın yerli bürosunun xəbərinə görə, 600 şagird yerlik bina müasir avadanlıqlarla təchiz edilib.
Daha sonra nazir Kəmaləddin Heydərov Çobankol kəndində zəlzələ zamanı yararsız hala düşən kənd orta məktəbinin yenidən tikilmiş 240 şagird yerlik binasının açılış mərasiminə qatılıb.
Nazir hər iki məktəb binasına baxış keçirib və kollektivləri təbrik edib.
Qeyd edək ki, K. Heydərov bu gün Qax rayonunun Güllük kəndində zəlzələ nəticəsində yararsız vəziyyətə düşən orta məktəbin yenidən inşa olunmuş binasının açılışında da iştirak edib.
K. Heydərov bu gün Zaqatalada vətəndaşların qəbulunu da keçirəcək.