Kəmaləddin Heydərov Ağcabədidə vətəndaşları qəbul edəcək
15 mart 2016 14:49 (UTC +04:00)

Kəmaləddin Heydərov Ağcabədidə vətəndaşları qəbul edəcək

 

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən martın 17-də Ağcabədi şəhərində, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, qəbulda yalnız Ağcabədi, Beyləqan, Füzuli, Xocavənd rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

 

Qəbulda ancaq FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

 

Qəbula gələn vətəndaşların qeydiyyatı Ağcabədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında (ünvan: Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti) 16 mart 2016-cı il tarixində saat 09.00-da başlayacaq.

 

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 229
avatar

Oxşar yazılar