Göygöldə qətl hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi rəsmi xəbər yayıb. Göygöl rayonu Kürdallar yaylaq sahəsində rayon sakini, ruhi xəstə, əvvəllər məhkum olunmuş Rüfət Əliyev münaqişə zəminində arvadı Əfruzu balta ilə qətlə yetirib.
Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əliyev saxlanılıb.