İyunun 13-ü Gədəbəydə gözəllik salonunda çalışan həyat yoldaşı Fəxriyyə Aslanovanın qətlə yetirən Elçin Qasımov saxlanılıb.
Bu barədə APA-ya Gədəbəy rayon Prokurorluğunun müstəntiqi Emin Abbasov məlumat verib. Onun sözlərinə görə, dünən Elçin Qasımovun dayısı onu Daşkəsən rayon Polis Şöbəsinə təslim edib.
Müstəntiq Emin Abbasov Elçin Qasımovun cinayəti törətdikdən sonra meşə ilə Daşkəsən rayonuna, qohumlarının evinə getdiyini bildirib. İlkin dindirilmə zamanı E.Qasımov keçmiş həyat yoldaşı ilə barışmaq istədiyini, bunun üçün bir neçə dəfə onunla danışdığını, lakin Fəxriyyə Aslanova razı olmadığından cinayətə əl atdığını söyləyib.
Xatırladaq ki, iyunun 13-də rayonun Slavyanka kənd sakini, 1981-ci il təvəllüdlü Qasımov Elçin Fəxrəddin oğlu keçmiş həyat yoldaşı, 1986-cı il təvəllüdlü Fəxriyyə Firudin qızı Aslanovanın başını kəsərək qətlə yetirib.
Qeyd edək ki, adı çəkilən şəxslər ötən il boşanıblar, onların bir azyaşlı övladı var.
Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə cinayət işi açılıb.