Xırdalan şəhərində arvadına xəsarət yetirmiş şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, mayın 31-də Xırdalan şəhərində şəhər sakini Ramazan Dünyamalıyev münaqişə zəminində keçmiş arvadı Şəbnəmə qayçı ilə xəsarət yetirib hadisə yerini tərk edib.
R.Dünyamalıyev Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən tutularaq Abşeron RPİ-yə təhvil verilib.
Araşdırma aparılır.