Karate Olimpiya Oyunlarının proqramına daxil edildi
04 avqust 2016 01:49 (UTC +04:00)

Karate Olimpiya Oyunlarının proqramına daxil edildi

0

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rioda keçirdiyi qurumun 129-cu sessiyasında mühüm qərarlar qəbul edib.

 

Apasport.az saytının məlumatına görə, 5 idman növünün bundan sonra Olimpiya idman növlərinin sırasına qoşulması rəsmiləşib.

 

Belə ki, iyun ayında Lozanda baş tutmuş sessiyada karate, beyzbol/softbol, idman dırmanması, su xizəyi və sörfinqin Tokio-2020-dən etibarən proqrama salınması təklif edilmişdi. Bu dəfəki toplantıda isə artıq qərar rəsmən qəbul olunub.

 

Oyunlara əlavə olunan yeni 5 idman növündə 18 kateqoriyada 474 idmançı mübarizə apara biləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 278

Oxşar yazılar