Kamal Abdulla milli azlıqların rəhbərləri ilə görüşüb
01 aprel 2014 18:54 (UTC +04:00)

Kamal Abdulla milli azlıqların rəhbərləri ilə görüşüb

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə yeni dövlət müşaviri Kamal Abdulla Bakı Slavyan Universitetində Azərbaycandakı milli azlıqların milli-mədəni təşkilatlarının rəhbərləri ilə görüşüb.


 

APA-nın xəbərinə görə, K. Abdulla bildirib ki, bir aya yaxındır ölkədə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri xidməti yenidən fəaliyyətə başlayıb: “Mənə böyük etimad göstərilib və dövlət müşaviri təyin edilmişəm. Artıq bu istiqamətdə işlərə başlamışıq və müəyyən düşüncələrimiz, müəyyən məsələlər ətrafında nəzərdə tutduğumuz istiqamətlər var. Biz addım-adım qarşıya qoyduğumuz məqsədləri, proyektləri, düşüncələri həyata keçirməyə çalışacağıq. Bu, bizim mənsub olduğumuz xalqların, mədəniyyətlərin, dinlərin inkişafı, daha geniş vüsət tapması ilə bağlı müxtəlif proyektlər ola bilər”.

 

K. Abdulla dövlət müşaviri təyin olunduqdan sonra Azərbaycanın cənub və şimal bölgəsinə səfər etdiyini, 15-dək məscid, sinaqoq, kilsədə din adamları və sadə insanlarla görüşdüyünü deyib: “Görüşlərdə insanlar daha çox sual verirdilər ki, tolerantlıq, multikulturalizm nədir? Bu, əslində insanlıq deməkdir. Bir-birimizin dininə, mədəniyyətinə, tarixinə insani münasibət bəsləyə biliriksə, deməli, multikultural cəmiyyətdə və atmosferdə yaşayırıq. Azərbaycan bu mənada mutikultural cəmiyyətini nəinki təqdim edə bilər, hətta hansısa gəlinən nəticə və təcrübədən çıxış edərək dünyanı öyrədə bilər. Dünyanın müxtəlif ölkələri Azərbaycanın mutikultural təcrübəsini diqqətlə öyrənməyə çalışırlar”.

 

Dövlət müşaviri əlavə edib ki, bəzi icmaların yer, bəzilərinin qeydiyyat, bəzilərinin daxildə hansısa problemləri var. Onun fikrincə, yavaş-yavaş, bir-birini anlaya-anlaya vahid və bütöv Azərbaycan çərçivəsində problemlər həll ediləcək. K. Abdulla qeyd edib ki, millətlərarası münasibətlər, multikulturalizm və dini münasibətlər bir-biri ilə sıx bağlı olan istiqamətlərdir və onların heç birini digərlərindən ayrı şəkildə öyrənmək mümkün deyil: “Biz ancaq milli, mədəni məsələlərdə deyil, bütövlükdə dini, mənəvi, milli, etnik məsələlərimizlə küll halında məşğul olmalıyıq. Prezidentin üzərimə qoyduğu məsuliyyət tək mənə deyil, bütün icmalara da aiddir. Azərbaycan vahid, bütövləşmiş bir orqanizmdir. Xalqların ümid bəslədiyi insanlar bu birləşməni qorumalı və irəli aparmalıdır”.

 

# 641
avatar

Oxşar yazılar

Bakıda bu yolda sürət endirildi

Bakıda bu yolda sürət endirildi

3 may 2024 , 23:15
Polis kapitanı faciəvi   şəkildə öldü

Polis kapitanı faciəvi şəkildə öldü

3 may 2024 , 18:48
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

3 may 2024 , 17:31
İtkin düşən hamilə qadının meyiti tapıldı

İtkin düşən hamilə qadının meyiti tapıldı

3 may 2024 , 16:47
Bakıda kişi sevgilisinə görə özünə OD VURDU  - VİDEO  - YENİLƏNİB

Bakıda kişi sevgilisinə görə özünə OD VURDU - VİDEO - YENİLƏNİB

3 may 2024 , 16:37
Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ:  1 ölü, 4 yaralı

Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ: 1 ölü, 4 yaralı

3 may 2024 , 16:27
Azərbaycanın güneyində DƏHŞƏTLİ QƏZA:  7 nəfər öldü

Azərbaycanın güneyində DƏHŞƏTLİ QƏZA: 7 nəfər öldü

3 may 2024 , 15:24
Sürücü yol polisinə bıçaq çəkdi

Sürücü yol polisinə bıçaq çəkdi

3 may 2024 , 15:19