Ağsuda kafedə bir nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Növcü kəndində (rayon mərkəzindən 20 km aralı) ümumi sahəsi 20 kv.m olan kafedə baş verib. Kafenin içərisində həcmi 20 litr və 5 litrlik qaz balonlarında sızma nəticəsində alışma baş verib. Nəticədə kafenin lambirdən ibarət tavanı 20 kv.m sahədə və 1 ədəd plastik pəncərə çərçivəsi yanıb. Yanğın zamanı bir nəfər əl və üz nahiyələrindən yanıq xəsarəti alıb. Mağaza, kafenin qalan hissəsi və hər 2 qaz balonu yanğından mühafizə olunub.

Oxşar yazılar

İsmayıllıda zəlzələ oldu
12 iyul 2025 , 08:42
İctimai fəal Anar Abdullayev həbs edildi
12 iyul 2025 , 01:42
Şirvanda 23 yaşlı gənci bıçaqladılar
11 iyul 2025 , 21:25
Ermənilərin əsir və girov saxladığı şəxslər ifadə verdi - MƏHKƏMƏ
11 iyul 2025 , 21:18
Cadugərlikdə ittiham edib qonşusunu vəhşicəsinə öldürdü
11 iyul 2025 , 19:59
Bakıda kişi kirayə yaşadığı evdə ÖLÜ TAPILDI
11 iyul 2025 , 19:33
Goranboyda iynədən şoka düşən qadın öldü - YENİLƏNİB
11 iyul 2025 , 17:48