Dekabrın 3-də Bakının Binəqədi rayonundakı “909 gecə” adlı kafedə kütləvi dava baş verib. Binəqədi rayon Polis İdarəsindən Vesti.az-a verilən məlumata görə, saat 20.00 radələrində sərxoş olan 1981-ci il təvəllüdlü Ağayev Nurlan Vaqif oğlu və onun üç dostu kafenin inzibatçısı 1980-ci il təvəllüdlü Rüstəmov Səməndər Nihat oğlunu, musiqiçiləri və gözdən əlil sintezator çalanı döyüblər. Davanı törədən şəxslər gözdən əlil olan şəxsin sintezatorunu da sındırıblar.
Binəqədi rayon 4-cü Polis Bölməsindən verilən xəbərə görə, faktla bağlı hələlik saxlanılan yoxdur. Davanı törətməkdə şübhəli bilinən şəxslərin izahatları alınıb. Təhqiqatçının “Bəs musiqiçilər niyə döydünüz?” sualına davanı törətməkdə şübhəli bilinən şəxslərin cavabı belə olub: “Onlar ikiüzlülük etdilər”.