Türkiyənin 3-cü ən böyük şəhəri olan İzmirdə partlayışlar törətməyə hazırlaşan 3 terrorçu - canlı bomba tutulub. Lent.az “Doğan” xəbər agentliyinə istinadən xəbər verir ki, Kobanidə bomba hazırlığı keçmiş terrorçular planlaşdırma apardıqları evdə yaxalanıblar. Onlardan xeyli partlayıcı cihazlar, eləcə də TATP kimi tanınan maddələr götürülüb.
Bildirilir ki, İzmir polisi aralarında qadının da olduğu terrorçu qrupun şəhərə daxil olmasını öyrənib və onları izləyib. Terror aktı planlaşdıran dəstə Buca adlanan yerdəki evdə gecə saatlarında tutulub.