İzmir-Bakı sərnişin təyyarəsi Gəncəyə məcburi eniş etdi
10 avqust 2019 15:37 (UTC +04:00)

İzmir-Bakı sərnişin təyyarəsi Gəncəyə məcburi eniş etdi

0
 
 
"Buta Airways"in İzmir-Bakı marşrutu üzrə reys yerinə yetirən sərnişin təyyarəsi Gəncə aeroportuna məcburi eniş edib.
 
APA-nın məlumatına görə, məcburi eniş sərnişinlərdən birinin halının pisləşməsi ilə (yüksək təzyiq) əlaqədar olub.
 
J2 9042 nömrəli aviareysi yerinə yetirən təyyarə Bakı vaxtı ilə saat 13:42-də Gəncəyə uğurlu eniş edib. Göyərtədə 102 sərnişin olub.
 
Halı pisləşən sərnişinə təcili surətdə tibbi kömək göstərilib.
 
Təyyarənin yaxın dəqiqələr ərzində marşrut üzrə uçuşu davam etdirəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1135

Oxşar yazılar