Rejissor Fikrət Əliyev dəfn olunub. APA-nın məlumatına görə, rejissor Əmircan qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.
Dəfn mərasimində Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının rəhbərliyi və kollektivi, mədəniyyət və incəsənət xadimləri iştirak edib.
Qeyd edək ki, F. Əliyev martın 8-də dünyasını dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Rejissorluğa "Baladadaşın ilk məhəbbəti" filmi ilə başlayan F.Əliyev "Qızıl uçurum", "Yuxu", "Axırıncı dayanacaq" kimi filmlərin müəllifidir.
****
11:07
Rejissor, əməkdar incəsənət xadimi Fikrət Əliyev vəfat edib. Lent.az Report-a istinadən xəbər verir ki, o, uzun sürən ağır xəstəlikdən sonra bu gün səhər saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, rejissor bu gün günorta Əmircan qəbiristanlığında, oğlu R.Əliyevin yanında dəfn olunacaq.
Xatırladaq ki, F.Əliyevin itkin düşən 43 yaşlı oğlu, İTV-nin əməkdaşı olan Rəşad Əliyevin fevralın 27-də dənizdən meyiti tapılıb. Onun intihar etdiyi bildirilib.
F.Əliyev 12 dekabr 1939-cu ildə Bakıda anadan olub. 1966-cı ildə M.A.Əliyev adına ADİİ-nin aktyorluq fakültəsini, 1972-ci ildə Moskvada ÜDKİ-nin iki illik ali ssenari və rejissorluq kurslarını bitirib. 1966-cı ildən "Azərbaycanfilm" kinostudiyasında işləyib.
O, "Yuxu”, “Axırıncı dayanacaq”, “Ölüm növbəsi” və s. filmlərin rejissoru olub.