
Azərbaycanda itin dişləyib öldürdüyü 4 yaşlı uşaqla bağlı YENİ FAKTLAR
Valideynlər hər hansı şikayət etməyiblər.
Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 4 yaşlı Əliheydər Xamıyevi it sentyabrın 15-də Bakının Nizami rayonunda deyil, Masallı rayonunda dişləyib. Rayon xəstəxanasında uşağa 4 pəyvənd vurulub, oktyabrın 10-da isə Bakıya gətirilib. Nizami rayonunda yerləşən 1 saylı Uşaq Yoluxucu Xəstəliklər xəstəxanasında 1 dəfə də peyvənd vurulub. Ancaq buna baxmayaraq, Əliheydər Xamıyev oktyabrın 16-da vəfat edib.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, hadisə ilə əlaqədar valideynlər hər hansı şikayət etməyiblər.
saat: 12:19
"İt uşağın bacısını da dişləyib, ancaq onun vəziyyəti yaxşıdır".
Bu sözləri Lent.az-a Nizami rayonunda yerləşən Nəriman Nərimanov adına 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasından bildiriblər. Xəstəxanada dünyasını dəyişən 4 yaşlı Əliheydər Xamıyevin həkimi itin uşaqları sentyabrın 15-də dişlədiyini deyib:
"İt əvvəlcə 4 yaşlı Əliheydəri , daha sonra isə bacısını dişləyib. Hazırda bacısının vəziyyəti yaxşıdır. Onunla bağlı, ümumiyyətlə, bizə müraciət olunmayıb. Burada bir məsələ var ki, it əvvəlcə kimi dişləyirsə, bütün viruslar o adama keçir. Ona görə də Əliheydər dünyasını dəyişdi. Xəstəxanada ona quduzluq diaqnozu qoyuldu. Uşaqları dişləyən it də ölüb".
Qeyd edək ki, faktla bağlı ilk məlumatı report.az saytı yayımlayıb. Məlumata görə, hadisə Nizami rayonunda baş verib. Masallı rayon sakini, 2015-ci il təvəllüdlü Əliheydər Xamıyevi it dişləyib. Uşaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar
Bakıda gölün ətrafında yanğın baş verdi - VİDEO
16 iyul 2025 , 03:41
Yeni sadə müalicə yüksək qan təzyiqini azalda bilər
16 iyul 2025 , 02:27
Cəlilabadda dağlıq ərazi yanıb, bir nəfər tüstüdən boğulub - VİDEO -YENİLƏNİB
15 iyul 2025 , 21:02
Şirvanda kişi yaşadığı evin həyətində ölü tapıldı
15 iyul 2025 , 19:33
Erməni konyaklarının 85 faizi saxta çıxdı - BÖYÜK ARAŞDIRMA
15 iyul 2025 , 18:11
“Roşka” ləqəbli tiktokerin məhkəməsi başladı
15 iyul 2025 , 18:07
Bəy-gəlindən başqa hamı o tortdan zəhərləndi
15 iyul 2025 , 17:57