Bərdədə FACİƏ:  ər-arvad qazdan zəhərləndi, ölən var
28 noyabr 2026 10:45 (UTC +04:00)

Bərdədə FACİƏ: ər-arvad qazdan zəhərləndi, ölən var

0

Bərdədə ər-arvad dəm qazından zəhərlənib.

Lent.az-ın məlumatına görə, hadisə bu gecə saat 3 radələrində Əliyanlı kəndində qeydə alınıb.

23 yaşlı Kənan İmaməli oğlu İmaməliyev və arvadı 18 yaşlı Pərvanə Arzuman qızı Hüseynova yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onların hər ikisi xəstəxanaya yerləşdirilib.

Görülən tədbirlərə baxmayaraq, P. Hüseynovanı xilas etmək mümkün olmayıb, K.İmaməliyevin isə vəziyyəti orta-ağırdır.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 216

Oxşar yazılar