Lent.az-ın anspress.com-a istinadən verdiyi xəbərə görə, əvvəlcədən də gözlənildiyi kimi bu gün günorta saatlarından başlayan güclü leysan yağışları İstanbulu bir saat içərisində iflic etdi.
Meqopolisin həm Avropa, həm də Asiya hissələrində demək olar ki, həyat dayandı. Ötən axşam yaşanan mənzərəni bu gün günorta saatlarında da müşahidə etmək mümkündür. Magisrtal və şəhəriçi yollarda nəqliyat vasitələrinin hərəkəti tamamilə iflic vəziyyətdədir. Leysan yağışlarının bir anda başlaması küçədə olan insanları çarəsiz vəziyyətə saldı.
6 aydır yağış üzünə həsrət qalan İstanbul, bu fəsadlardan sonra elə 6 ay da bundan sonra da yağış arzulamayacaq. Ekspertlerin fikrincə, bu cür leysan yağışlarından sonra fəsadlar ortaya cıxmağa baslayacaq. İndidən dəyən ziyan hesablanır.