İstanbuldakı kamikadzenin İŞİD üzvü olduğu ehtimal edilir
20 mart 2016 00:03 (UTC +04:00)

İstanbuldakı kamikadzenin İŞİD üzvü olduğu ehtimal edilir

0

Türkiyə polisi İstanbulda partlayış törətməkdə şübhəli bilinən kamikadze-terrorçunun İŞİD terror qruplaşmasının üzvü olduğu ehtimal edilir. APA-nın məlumatına görə, bunu “Doğan” xəbər agentliyinə polisdəki mənbə bildirib.        

 

Məlumata görə, 33 yaşlı Savaş Y. bundan əvvəl  2015-ci ilin mayında Xalqların Demokratiya Partiyasının (HDP) Mersin və Adanadakı ofislərinə terror hücumları törətməkdə şübhəli bilinib. Partlayışlar nəticəsində 3 nəfər yaralanıb,  terror aktlarının təşkilatçısı Savaş Y. isə Suriyaya qaçıb. Onun  adı, barələrində axtarış elan edilən potensial terroçu-kamikadzelərin siyahısına daxil edilmişdir. Onun atasından götürülən qan nümunəsi DNT analizinin aparılması üçün  Adanadan İstanbula gətirilib.

 

İstanbulda baş vermiş partlayış nəticəsində 5 nəfər ölüb, 36 nəfər yaralanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 322

Oxşar yazılar