İsmayıllı rayon sakini intihar edib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Burovdal kəndində qeydə alınıb. Kənd sakini, 1948-ci il təvəllüdlü Xanhüseynova Ruqiyyə Şahlar qızı özünü yaşadığı evin həyətindəki tövlədə kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.