İşlərini düzəltmək adı ilə evdən çıxan ər GERİ QAYITMADI
Sabunçu rayon sakini itkin düşüb.
Lent.az xəbər verir ki, bu barədə Sabunçu rayonu yaşayan 1983-cü il təvəllüdlü Talıbova Emilə Bəybala qızı oktyabrın 8-də saat 21 radələrində rayon 12-ci Polis Şöbəsinə ərizə ilə müraciət edib. Rayon sakini müraciətində bildirib ki, onunla eyni evdə yaşayan həyat yoldaşı 1981-ci il təvəllüdlü Əhmədli Elmar Məhərrəm oğlu sentyabrın 19-da saat 13 radələrində işlərini düzəltmək adı ilə evdən çıxıb və geri qayıtmayıb.
Hadisə ilə bağlı ilkin tədbirlər görülməsi barədə məlumat daxil olmayıb. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
789