İŞİD kimyəvi silahdan istifadə etdi, 3 yaşlı uşaq öldü
11 mart 2016 21:58 (UTC +04:00)

İŞİD kimyəvi silahdan istifadə etdi, 3 yaşlı uşaq öldü

0

İraqda İŞİD silahlılarının kimyəvi silahdan istifadə etməsi nəticəsində 3 yaşlı qız ölüb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, terrorçular martın 9-da İraqın şimal-şərqində yerləşən Taz şəhərini atəşə tutarkən kimyəvi silahdan istifadə ediblər.

 

Nəticədə onlarla insan zəhərlənərək xəstəxanalara yerləşdirilib.  Vəziyyət ağır olan 4 nəfər paytaxt Bağdada göndərilib.

 

Qeyd edək ki, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brennan bu yaxınlarda bəyan edib ki,  İŞİD İraq və Suriyada dəfələrlə kimyəvi silahdan, o cümlədən bibər qazından istifadə edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 258

Oxşar yazılar