İŞİD-in iki nömrəli lideri Hacı İmam öldürüldü - <span style="color:red;">ABŞ müdafiə naziri açıqladı
25 mart 2016 19:52 (UTC +04:00)

İŞİD-in iki nömrəli lideri Hacı İmam öldürüldü - ABŞ müdafiə naziri açıqladı

 

İŞİD terror təşkilatının iki nömrəli lideri olduğu bildirilən Hacı İmam Suriyada ABŞ hərbçiləri tərəfindən öldürülüb.

 

Lent.az sozcu.com.tr-yə istinadən xəbər verir ki, ABŞ-ın müdafiə naziri Aşton Karter İŞİD-in iki nömrəli lideri hesab edilən Hacı İmam ləqəbli Əbd əl-Rəhmən Mustafa əl-Qadulinin öldürüldüyünü açıqlayıb.

 

Hacı İmamın İŞİD lideri Bağdadinin köməkçisi olduğu bildirilir.

 

Mosulda doğulan Qaduli 1998-ci ildə “Əl Qaidə” qoşulub. O, dünyada axtarılan terrorçular siyahısında idi. ABŞ onun ölü və ya dirisinə 7 milyon dollar mükafat təyin etmişdi. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 367
avatar

Oxşar yazılar