İrandan Azərbaycana tiryək keçirərkən yaxalandı
14 avqust 2015 16:28 (UTC +04:00)

İrandan Azərbaycana tiryək keçirərkən yaxalandı

0

İrandan gələn vətəndaşın üzərindən 2 ədəd bükümdə tiryək aşkar edilərək götürülüb.

Gömrük idarəsindən Lent.az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşı Elsivən Əliyevin üzərində şəxsi yoxlama zamanı ondan 2 ədəd bükümdə, ümumi xalis çəkisi 13,71 qram olan narkotik vasitə - tiryək aşkar edilib. 

Faktla bağlı təhqiqat aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 333

Oxşar yazılar