İrandan narkotik keçirmək cəhdinin qarşısı alındı
13 aprel 2016 13:25 (UTC +04:00)

İrandan narkotik keçirmək cəhdinin qarşısı alındı

Narkotik tərkibli dərman preparatının ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən məlumatına görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda  İrandan Azərbaycana gələn İran İslam Respublikası vətəndaşının idarə etdiyi sərnişin avtobusuna  “Nina” ləqəbli xidməti itin tətbiqi ilə baxış keçirilib. Xidməti itin  avtobusun salonunda olan 37-38 rəqəmi ilə nömrələnmiş sərnişin oturacağına verdiyi reaksiyaya əsasən həmin  oturacaqda yoxlama aparılıb. Nəticədə oturacağın sağ kənar tərəfindən, üzlüyünün altından gömrük nəzarətindən gizlədilən, üzəri yapışqanlı lentlə sarınmış, hər birində 10 ədəd həb olmaqla ümumilikdə 100 həbdən ibarət 10 konvalyut  üzərində “Methadone 20” sözləri yazılmış narkotik xassəli dərman preparatı aşkar olunub.

 

Nəqliyyat vasitəsinin sürücüsü gömrükçülərə verdiyi ilkin izahatında avtobusdan aşkar edilən dərman preparatından xəbərsiz olduğunu, sərnişinlərdən hər hansı  birinə aid ola biləcəyini bildirib. Narkotik xassəli dərman preparatının aşkar olunduğu oturacağın yaxınlığında əyləşən şəxs müəyyən edilib və Azərbaycan vətəndaşı olan həmin şəxs  şifahi sorğu sual zamanı  narkotik xassəli dərman preparatının ona məxsus olduğunu bildirib.

 

Qeyd edək ki, metadon “Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik  maddələr”in 2-ci siyahısına daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 149
avatar

Oxşar yazılar