İntiqam Əliyev barəsindəki qərardan apellyasiya şikayəti verilib
11 avqust 2014 12:06 (UTC +04:00)

İntiqam Əliyev barəsindəki qərardan apellyasiya şikayəti verilib

Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev barəsində olan məhkəmə qərarından apellyasiya şikayəti verilib. Vəkil Anar Qasımlının APA-ya verdiyi məlumata görə, apellyasiya şikayəti bu gün məhkəməyə göndərilib: “Prosesin vaxtı barədə yaxın günlərdə məlumat veriləcək” .

 

Qeyd edək ki, İ. Əliyev avqustun 8-də Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2-ci (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 720
avatar

Oxşar yazılar