İntiharın qarşısı alınıb
29 iyun 2013 01:14 (UTC +04:00)

İntiharın qarşısı alınıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda, vətəndaş intihara cəhd məqsədi ilə doqquzmərtəbəli yaşayış binasının damına çıxıb.

 

Lent.az-ın FHN-ə istinadən məlumatına görə, dərhal qurumun Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından  Mühafizə Xidmətinin uyğun xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

 

Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə fəaliyyətləri nəticəsində intihara cəhdinin qarşısı alınıb.

 

Əməliyyat saat 22:54-də başa çatıb.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 646
avatar

Oxşar yazılar